Azərbaycan Türkiyə ərazisi ilə yanvarda 20 mln. barelə yaxın neft nəql edib

Azərbaycan Türkiyə ərazisi ilə yanvarda 20 mln. barelə yaxın neft nəql edib
  • Clock-gray 10:09
  • calendar-gray 25 Fevral 2020

Bu ilin yanvar ayında Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 19 885 min barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 21 307 min barel neft nəql edilib.

Qeyd edək ki, ötən il Türkiyə ərazisində BTC vasitəsilə 235 243 min barel neft nəql edilib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə  barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8,03% azdır.

BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə Orta Asya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date