Azərbaycan avtomobil yanacağının istehsalını artırıb - CƏDVƏL

Azərbaycan avtomobil yanacağının istehsalını artırıb - CƏDVƏL
  • Clock-gray 14:14
  • calendar-gray 16 Sentyabr 2020

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft mәhsullarının istehsalı sahәsindә istehsalı illik müqayisədə 2,2% artaraq 2,124 mlrd. manata çatıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft mәhsullarından neft bitumunun istehsalı 2,3 dәfә, sürtkü yağlarının istehsalı 36,1%, dizel yanacağının istehsalı 3%, avtomobil benzininin istehsalı 0,8% artıb, neft-kimya sәnayesindә istifadә üçün benzinin istehsalı 12,3%, neft koksunun istehsalı 13,8%, ağ neftin istehsalı 16,9%, yanacaq mazutunun istehsalı 45,1% azalıb.

Azərbaycanda neft məhsulları istehsalının dinamikası:

Məhsul növləri

2020-ci ilin yanvar-avqust aylarında istehsal həcmləri

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Avtomobil benzini, min ton

824,9

100,8

Neft-kimya sәnayesindә istifadә üçün benzin, min ton

161,9

87,7

Ağ neft, min ton

337,4

83,1

Dizel yanacağı, min ton

1 493,2

103,0

Yanacaq mazutu, min ton

42,2

54,9

Sürtkü yağları, min ton

18,1

136,1

Neft bitumu, min ton

378,7

232,2

Neft koksu, min ton

145,2

86,2

Mirsəid İbrahimzadə

Digər xəbərlər