Azərbaycan bu il 2,4 tona yaxın qızıl və 2,8 tondan çox gümüş hasil edib

Azərbaycan bu il 2,4 tona yaxın qızıl və 2,8 tondan çox gümüş hasil edib
  • Clock-gray 17:11
  • calendar-gray 15 Sentyabr 2020

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2 364,6 kq qızıl hasil edilib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 1,7% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə 2 847 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15,7% artıb.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl "AzerGold" QSC və Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti tərəfindən hasil olunur.

 

"Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Məhsul növləri

2020-ci ilin yanvar-avqust aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Mis filizləri və konsentratları, ton

1 728,4

132,7

Qiymətli metal filizləri və konsentratları, kq

5 211,6

107,1

APA-Economics

Digər xəbərlər