Azərbaycan bu il Gürcüstanın əsas dizel tədarükçüsü olub

Azərbaycan bu il Gürcüstanın əsas dizel tədarükçüsü olub
  • Clock-gray 14:39
  • calendar-gray 12 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan 807,5 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da illik ifadədə 28,1 min ton və ya 3,6% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə Gürcüstan Azərbaycandan 159,3 min ton dizel yanacağı idxal edib ki, bu da ümumi idxalın 38%-ni təşkil edir. Bu göstərici ilə Azərbaycan Gürcüstanın əsas dizel tədarükçüsü olub.

Hesabat dövründə Gürcüstan 419,4 min ton dizel yanacağı idxal edib ki, bu da illik müqayisədə 43,4 min ton və 11,5% çoxdur.

Səid Babazadə

Digər xəbərlər