Azərbaycan metanol istehsalını 20%-dən çox artırıb - CƏDVƏL

Azərbaycan metanol istehsalını 20%-dən çox artırıb - CƏDVƏL
  • Clock-gray 13:15
  • calendar-gray 17 Sentyabr 2020

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 797,2 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 13,4%,  əczaçılıq məhsullarının istehsalında 9,5 dəfə, rezin və plastik  kütlə məmulatlarının istehsalında isə 23,3% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü əsas kimya məhsullarından metanol istehsalı 20,4%, propilen istehsalı 15,2%, etilen istehsalı 14,5% artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2020-ci ilin yanvar-avqust ayları

2019-cu ilin yanvar-avqust ayları ilə nisbətən, %

Azot, min kubmetr

14 881,1

97,8

ondan əmtəəlik

291,9

97

Yod, ton

123,4

95,8

Oksigen, min kubmetr

1 635,2

71,5

ondan əmtəəlik

1 605

71,5

Propilen, min ton

78

115,2

ondan əmtəəlik

74

109,6

Polietilen, min ton

56

73

Etilen, min ton

102,1

114,5

Metanol (metil spirti), min ton

327,3

120,4

Lak-boya məmulatları, ton

8 722,8

57,8

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

22 200

133,6

Hüseyn Vəliyev

Digər xəbərlər