Azərbaycan ötən il 14,5 mlrd. dollarlıq neft ixrac edib

Azərbaycan ötən il 14,5 mlrd. dollarlıq neft ixrac edib
  • Clock-gray 13:50
  • calendar-gray 19 Fevral 2020

Ötən il Azərbaycan 31,24 mln. tona yaxın neft ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 4,3% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 14,45 mlrd. ABŞ dolları təşkil edib ki, bu göstərici 2018-ci il ilə müqayisədə 11,6% azalıb.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date