Azərbaycan ötən il Gürcüstanın əsas qaz təchizatçısı olub

Azərbaycan ötən il Gürcüstanın əsas qaz təchizatçısı olub
  • Clock-gray 16:14
  • calendar-gray 28 May 2020

2019-cu ildə Azərbaycan Gürcüstanın əsas təbii qaz təchizatçısı olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Enerji və Su Tənzimləmə Komissiyasının (GNERC) 2019-cu il üzrə hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat dövründə Gürcüstanın idxal etdiyi təbii qazın 93%-i Azərbaycanın payına düşüb.

Qeyd olunub ki, 2019-cu ildə Rusiyadan təbii qaz idxalı əvvəlki illə müqayisədə 15% artıb.

Hesabatda bildirilib ki, ötən il Gürcüstanın təbii qaz idxalı  2018-ci illə müqayisədə 15% artaraq 2,5 mlrd. kubmetrə çatıb. Artımın əsas səbəbinin məişət və istilik elektrik stansiyalarının istehlakındakı artım hesabına baş verdiyi bildirilib. 2019-cu ildə Gürcüstanın təbii qaz tələbatının 99,8%-i idxal hesabına ödənilib.

Səid Babazadə

Digər xəbərlər