Azərbaycan və Türkiyənin enerji tənzimləyiciləri arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan və Türkiyənin enerji tənzimləyiciləri arasında əməkdaşlıq protokolu imzalanıb
  • Clock-gray 17:59
  • calendar-gray 27 Oktyabr 2020

Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumu (EPDK) arasında əməkdaşlıq Protokolu imzalanıb.

AERA-dan “APA-Economics”ə verilən məlumata görə, sənəd Azərbaycan və Türkiyə arasında enerji tənizmləmə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iki qurum arasında bu gün keçirilən onlayn görüş zamanı imzalanıb.

Əməkdaşlıq Protokolunda elektrik enerjisi və təbii qaz təchizatı sahəsində dayanıqlı tənzimləmə bazasının yaradılması, enerji bazarının inkişafı üçün seminarlar, ikitərəfli görüşlər, təlimlər, mütəxəssis və təcrübə mübadiləsi, regional enerji bazarlarının yaradılması baxımından milli, regional və beynəlxalq qurumlarla əməkdaşlıq kimi məsələlərin həyata keçirilməsində AERA və Türkiyə Respublikasının Enerji Bazarlarını Tənzimləmə Qurumu ilə əməkdaşlıq öz əksini tapıb.

Həmçinin, sənəddə Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumu ilə enerji tənzimləməsinin inkişafı sahəsində ikitərəfli məsləhətləşmələrin təşviqi və ikitərəfli münasibətlərin daha da genişləndirilməsi nəzərdə tutulur.

Hüseyn Vəliyev

Digər xəbərlər