Azərbaycanda benzin və dizel istehlakı artıb - CƏDVƏL

Azərbaycanda benzin və dizel istehlakı artıb - CƏDVƏL
  • Clock-gray 13:05
  • calendar-gray 18 Fevral 2020

Ötən il Azərbaycanda 1 360,0 min ton avtomobil benzini istehlak edilib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 4,9% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə ölkədə 1 378,9 min ton dizel yanacağı, 386,4 min ton aviasiya üçün ağ neft, 242,3 min ton neft bitumu, 233,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 171,8 min ton maye qaz, 54,9 min ton sürtkü yağları istehlak edilib.

 

Azərbaycanda əsas növ neft emalı məhsullarının istehlakı:

Məhsul növləri

2019-cu ildə istehsal edilib

Əvvəlki ilə nisbətən, %

Avtomobil benzini, min ton 

1 360

104,9

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

233,5

116

Ağ neft, min ton 

386,4

97,9

Dizel yanacağı, min ton

1 378,9

106,1

Maye qaz, min ton

171,8

111,3

Sürtkü yağları, min ton

54,9

113,4

Neft bitumu, min ton

242,3

85,6

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date