Azərbaycanda bu il 3 mln. ton neft emal edilib

Azərbaycanda bu il 3 mln. ton neft emal edilib
  • Clock-gray 09:58
  • calendar-gray 09 İyul 2020

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 3 mln. ton neft emal edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 79 min ton az olub.

Qeyd edək ki, Azərbaycanda neftin emalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilir. Bu il NEZ-də 6,1 mln. tona yaxın neft emal ediləcəyi proqnozlaşdırılır.

Emil İsmayılov

Digər xəbərlər