Azərbaycanda qaz sayğacları zərbəyə davamlı qutularla təchiz olunacaq

Azərbaycanda qaz sayğacları zərbəyə davamlı qutularla təchiz olunacaq
  • Clock-gray 13:29
  • calendar-gray 29 Dekabr 2019

"Azəriqaz" İstehsalat Birliyi abunəçilərin qaz sayğaclarını kənar müdaxilələrdən qoruyacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İB-nin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, sayğacların mühafizəsi məqsədilə yeni qutular tətbiq olunacaq.

"Bu, vətəndaşları çox narahat edən məsələdir. Artıq belə bir zərbəyə davamı qutu pilot olaraq hazırlanıb. Onların alınması ilə bağlı tenderin keçirilməsi nəzərdə tutulub", - deyə R. Əliyev qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date