Azərbaycanda sənaye istehsalı azalıb

Azərbaycanda sənaye istehsalı azalıb
  • Clock-gray 13:01
  • calendar-gray 13 Avqust 2020

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-iyul aylarında 21,6 mlrd. manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,7% az sənaye məhsulu istehsal edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4,3% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13,0% artıb.

Sənaye məhsulunun 61,0%-i mədənçıxarma sektorunda, 32,7%-i emal sektorunda, 5,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%- isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,5% azalıb, əmtəəlik qaz hasilatı isə 13,3% artıb.

APA-Economics

Digər xəbərlər