Azərbaycanda sənaye istehsalı ötən il 1,8% artıb

Azərbaycanda sənaye istehsalı ötən il 1,8% artıb
  • Clock-gray 12:15
  • calendar-gray 21 Yanvar 2020

2019-cu ildə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 46,7 mlrd. manatlıq və ya 2018-ci il ilə müqayisədə 1,8% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsində "APA-Economics"ə verilən məlumata görə, ötən dövr sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,3% artıb.

Məlumata əsasən, sənaye məhsulunun 69,9% mədənçıxarma sektorunda, 25,2% emal sektorunda, 4,2% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

"Mədənçıxarma sektorunda neft hasilatı 3,3% azalıb, əmtəəlik qaz hasilatı isə 27,7% artıb", - deyə məlumatda qeyd edilib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date