Azərbaycanda trikotaj məmulatları istehsalı kəskin artıb

Azərbaycanda trikotaj məmulatları istehsalı kəskin artıb
  • Clock-gray 10:30
  • calendar-gray 31 May 2020

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 53,5 min ədəd üst, 120,1 min ədəd alt geyim paltarları istehsal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə istehsal edilmiş üst geyimlərin istehsalı 48,8%, alt geyimlərin istehsalı isə 43,3% azalıb.

Bundan başqa, bu ilin ilk əvvəlində ölkədə 18,8 min ədəd digər trikotaj məmulatları istehsal edilib ki, bu da illik ifadədə 2,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda 1 108,8 min cüt corab məmulatı istehsal edilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 41,5% çoxdur.

APA-Economics

Digər xəbərlər