Azərbaycanın İtaliyanın qaz idxalında payı 2030-cu ildə 12% təşkil edəcək

Azərbaycanın İtaliyanın qaz idxalında payı 2030-cu ildə 12% təşkil edəcək
  • Clock-gray 16:55
  • calendar-gray 26 Fevral 2020

Azərbaycanın İtaliyanın qaz idxalında payı 2030-cu ildə 12% təşkil edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə "Qazprom eksport" MMC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş qurumun müqavilələrin strukturizasiyası və qiymətlər şöbəsinin müdiri Sergey Komlevin təqdimatında qeyd olunur.

Sənədə əsasən, 2030-cu ildə İtaliyaya ən iri qaz ixracatçısı 30%-lə Rusiya olacaq ki, bu da ötən ilin nəticələri ilə müqayisədə 1 faiz bəndi azdır.

Bundan başqa, İtaliya “mavi yanacağa” olan tələbatını Əlcəzair (23%), Liviya (12%), başqa mənbələrdən (Aİ ölkələrdən) cəlb edilən məhsulun və mayeləşdirilmiş qazın (20%) idxalı hesabına təmin edəcək.

Ötən il İtaliya 76,4 mlrd. kub metr qaz istehlak edib ki, bu da 2018-ci ilin nəticəsi ilə müqayisədə 2,3% çoxdur. 2019-cu ildə İtaliya tərəfindən istehlak edilən qazın 71,4 mlrd. kubmetri idxal edilib (artım 3,3%).

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

 

Azərbaycan qazının Avropaya 2020-ci ilin dördüncü rübündə çatdırılacağı nəzərdə tutulur. TAP-ın inşasına başlanılandan bəri işlərin 92%-i yekunlaşıb.

 

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date