Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında təsdiq olunan qızıl ehtiyatları 132 tondan çoxdur

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında təsdiq olunan qızıl ehtiyatları 132 tondan çoxdur
  • Clock-gray 17:20
  • calendar-gray 27 Oktyabr 2020

Azərbaycan torpaqları işğaldan azad olunduqca, irihəcmli torpaq, su, meşə resursları və filiz ehtiyatları ölkə iqtisadiyyatının dövriyyəsinə cəlb olunacaq.

"APA-Economics"in məlumatına görə, bunu mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, işğal altında olan ərazilərdə 155 adda filiz ehtiyatları var: "Burada 6 qızıl, 5 civə, 2 sink, mis, polimetal və mineral su ehtiyatları mövcuddur. Bunların Azərbaycan iqtisadiyyatının dövriyyəsinə qoşulması gözlənilir. Təkcə qızıl ehtiyatları haqqında onu demək istəyirəm ki, ilkin hesablamalara görə, təsdiq olunan ehtiyatlar 132,4 tondur və bu, indiki qiymətlərlə 8 mlrd. ABŞ dollarına bərabərdir".

Hüseyn Vəliyev

Digər xəbərlər