Azərbaycanın neft-qaz sektoruna sərmayələr 19% artıb

Azərbaycanın neft-qaz sektoruna sərmayələr 19% artıb
  • Clock-gray 15:53
  • calendar-gray 21 May 2020

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın neft-qaz sektoruna 1 806,7 mln. manat həcmində vəsait yönəldilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,1% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin yanvar-aprel aylarında ölkənin neft-qaz sektoruna 1 517,2  mln. manat yönəldilib.

Qeyd edək ki, ötən beş il ərzində (2015-2019-cu illərdə) Azərbaycanın neft-qaz sektoruna 35 665,1 mln. manat həcmində vəsait yönəldilib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date