"Azərişıq": Təmas xəttinə yaxın kəndlərdə elektrik enerji təchizatında yaranan qəzalar aradan qaldırılıb

"Azərişıq": Təmas xəttinə yaxın kəndlərdə elektrik enerji təchizatında yaranan qəzalar aradan qaldırılıb
  • Clock-gray 13:14
  • calendar-gray 01 Oktyabr 2020

Erməni silahlı qüvvələrinin kənd və yaşayış məntəqələrini atəşə tutması nəticəsində 250 dəfədən çox müxtəlif gərginlikli xətlər, həmçinin 30-dan çox transfarmator məntəqəsi vurulub.

"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, təmas xəttinə yaxın kəndlərdə qısa vaxtda qəzalar aradan qaldırılıb.

Müəssisə rəhbərliyi tərəfindən cəbhə boyu rayonlara ehtiyat dayaqlar, naqillər, KTM və generetaorların çatdırılması ilə bağlı tapşırıqlarını verib.

Hüseyn Vəliyev

Digər xəbərlər