"Azərişıq": Təmas xəttinə yaxın yaşayış məntəqələrində yaranan qəzalar aradan qaldırılıb

"Azərişıq": Təmas xəttinə yaxın yaşayış məntəqələrində yaranan qəzalar aradan qaldırılıb
  • Clock-gray 17:59
  • calendar-gray 07 Oktyabr 2020

Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində müxtəlif gərginlikli xətlər 300 dəfəyədək vurulub, həmçinin 250-dən çox transformator və 800-dək dayaq yararsız hala düşüb.

"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı ASC əməkdaşlarının əməyi sayəsində uğurla icra olunur. Təmas xəttinə yaxın yaşayış məntəqələrində qəzalar aradan qaldırılıb.

Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır.

Qeyd edək ki, cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq ASC-də ilk gündən etibarən Xüsusi Qərargah yaradılıb. Təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində "Azərişıq" ASC əməkdaşları 24 saat növbətçilik əsasında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Hüseyn Vəliyev

Digər xəbərlər