BP ABŞ-dakı neft emalı zavodlarında istehsalı 15% azaldıb

BP ABŞ-dakı neft emalı zavodlarında istehsalı 15% azaldıb
  • Clock-gray 12:02
  • calendar-gray 04 Aprel 2020

BP ABŞ-da yerləşən 3 ən böyük neft emalı zavodunda istehsalı 15% azaldıb.

"APA-Economics"in “Reuters”ə istinadən verdiyi məlumata görə, şirkət bu addımı satıla bilməyən neft məhsullarının anbarların tutumunun azaltdığına görə atıb.

COVİD-19 virusunun hazırda yaratdığı logistik çətinliklər emal olunmuş neftin anbarlarda qalmasına səbəb olur.

Qeyd edək ki, BP-nin istehsalı azaltmış neft emalı zavodları “Whiting”, “Cherry Point” və “Toledo”dur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər