BP: Azərbaycanda kəşfiyyat işlərini davam etdiririk

BP: Azərbaycanda kəşfiyyat işlərini davam etdiririk
  • Clock-gray 12:49
  • calendar-gray 02 İyul 2020

 

Bir sıra ölkələrdə tədqiqat-axtarış işlərinin dayandırılmasına baxmayaraq, Böyük Britaniyanın BP şirkəti Azərbaycanda kəşfiyyat işlərinin davam etdirir.

"APA-Economics"in məlumatına görə, bu barədə BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, "Şəfəq-Asiman" dəniz blokunda hazırda kəşfiyyat quyusu qazılır və işlərin bu ilin sonuna başa çatdırılması planlaşdırılır: "Bu işlərin bitməsindən sonra hasilat məsələsinə baxılacaq".

Bununla yanaşı, vitse-prezidentin sözlərinə görə, BP "Abşeron" (SWAP) perspektiv sahədə ilk kəşfiyyat quyusunun qazmasına da hazırlaşır və D230 perspektiv strukturda aparılmış seysmik tədqiqatlarının emalı ilə məşğuldur.

B. Aslanbəylinin sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarının işlənilməsi layihəsi çərçivəsində BP üzərinə götürdüyü öhdəliklərə sadiqdir və bu blokda hasilatı davam etdirir, hasilat baxımından da burada sabit bir vəziyyət müşahidə olunur.

"Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensan yatağının işlədilməsinin ikinci mərhələsi çərçivəsində də işlər uğurla davam etdirilir və başa çatmaqdadır", - deyə BP-nin vitse-prezident əlavə edib.

 

Emil İsmayılov

Digər xəbərlər