BTC ilə bu il 19 mln. tondan çox neft nəql olunub

BTC ilə bu il 19 mln. tondan çox neft nəql olunub
  • Clock-gray 16:44
  • calendar-gray 15 Sentyabr 2020

Bu ilin yanvar-avqust ayları ərzində magistral neft kəmərləri ilə 23 945,7 min ton neft nəql edilib ki, bu da illik ifadədə 9,2% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 79,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 19 077,1 min ton neft ötürülüb. Bu göstərici son bir ildə 10,5% azalıb.

Hesabat dövrü ərzində BTC kəməri ilə 2 764,7 min ton (-10,8%) tranzit nefti də nəql edilib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər