Ceyhan terminalından indiyədək 3,4 mlrd. barel neft yola salınıb

Ceyhan terminalından indiyədək 3,4 mlrd. barel neft yola salınıb
  • Clock-gray 09:30
  • calendar-gray 28 Fevral 2020

Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,4 mlrd. barelə yaxın neft yola salınıb.

Bu barədə "APA-Economics"ə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır.

Məlumata görə, hesabat dövründə terminaldan 4 433 tanker AÇG nefti ilə yüklənilib. Bu il (fevralın 28-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 39,58 mln. barel neft və 52 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date