Ceyhan terminalından yola salınmış tankerlərin sayı 4,5 mini ötüb

Ceyhan terminalından yola salınmış tankerlərin sayı 4,5 mini ötüb
  • Clock-gray 12:05
  • calendar-gray 28 May 2020

Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,46 mlrd. barelə yaxın neft yola salınıb.

Bu barədə "APA-Economics"ə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır.

Məlumata görə, hesabat dövründə terminaldan 4 502 tanker AÇG nefti ilə yüklənilib. Bu il (mayın 28-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 95,06 mln. barel neft və 121 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

Emil İsmayılov

Digər xəbərlər