"Coca-Cola" Azərbaycan və Qazaxıstanda "Doğadan" çaylarının satışını dayandırır

"Coca-Cola" Azərbaycan və Qazaxıstanda "Doğadan" çaylarının satışını dayandırır
  • Clock-gray 12:40
  • calendar-gray 02 Aprel 2020

"Coca-Cola İçecek" şirkəti bu ilin aprelin ayının sonunda "Doğadan" brendi istehsal edilən içki məhsullarının (müxtəlif çaylar) Azərbaycan və Qazaxıstanda satışlarını dayandırmağı planlaşdırır.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumat görə, şirkət eyni tədbirləri Türkiyədə də görəcək və sözügedən brend altında istehsal olunan içkilərin satışını aprelin 30-dan dayanacaq.

Qeyd edək ki, "Doğadan" brendinin "Coca-Cola İçecek" şirkətinin ümumi məhsullarındakı payı 8,3%-ni təşkil edir, şirkətin ümumi satışlarında isə sözügedən brendin payı 1,9%-ə bərabərdir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər