DB: Azərbaycanın neft-qaz sektorunda istehsal "OPEC+" sazişi fonunda bu il 5% azalacaq - PROQNOZ

DB: Azərbaycanın neft-qaz sektorunda istehsal "OPEC+" sazişi fonunda bu il 5% azalacaq - PROQNOZ
  • Clock-gray 17:57
  • calendar-gray 07 Oktyabr 2020

Dünya Bankı (DB) bu il Azərbaycanda neft-qaz sektorunda istehsalın 5% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə DB-nın Avropa və Mərkəzi Asiya üzrə dərc etdiyi yenilənmiş hesabatında deyilir.

Bank azalmanın əsas səbəbi kimi, Azərbaycanın "OPEC+" sazişi çərçivəsində hasilatın azaldılması üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini göstərir.

DB-nın proqnozlarına görə, 2020-ci ildə Azərbaycanda qeyri-neft sektoru 3,6% azalacağı gözlənilir. Azalmanın drayverləri kimi, COVID-19 pandemiyası səbəbindən azalan xidmət sektoru və quraqlıq səbəbindən kənd təsərrüfatında azalan istehsal göstərilir.

Xərclərə gəldikdə, Dünya Bankı iqtisadiyyatda ümumi tələbin zəif qalması, real sektorda ev təsərrüfatlarının gəlirlərinin azalmasını və korporativ sektorda maliyyə məhdudiyyətlərinin yüksək qalmasını proqnozlaşdırılır.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanın neft sektorunda istehsal 5,5%, qeyri-neft sektoru isə 3,5% azalıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər