"Equinor": "Qarabağ" yatağında ehtiyatları dəqiqləşdirmək üçün daha dərin təhlil aparılmalıdır

"Equinor": "Qarabağ" yatağında ehtiyatları dəqiqləşdirmək üçün daha dərin təhlil aparılmalıdır
  • Clock-gray 15:50
  • calendar-gray 19 Mart 2020

Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 km şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının ehtiyatlarının həcmini dəqiqləşdirmək üçün ilk qiymətləndirmə quyusunun qazılması zamanı alınan məlumatların daha dərin təhlili aparılmalıdır.

Bunu “APA-Economic”ə “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişin iştirakçısı olan Norveçin “Equinor” şirkətindən bildiriblər.

“Bu neft yatağının kəşfi bizi ruhlandırır. KPS-4 quyusu proqnozlaşdırdığımız nəticəni təsdiqlədi. Həcm dairəsini daraltmaq üçün məlumatların daha dərin təhlilini aparmalıyıq”, - deyə şirkətdən bildiriblər.

Verilən məlumata görə, sonrakı investisiya qərarın qəbulu üçün yatağın işlənməsi layihəsinin inkişafını davam etdirməyə planlaşdırılır.

“Equinor” layihə üzrə tərəfdaşı olan SOCAR ilə birlikdə qiymətləndirmə quyusunun nəticələrinə əsasında yataqda özülün quraşdırma layihəsini optimallaşdırmaq niyyətindədir.

“Layihənin ətraflı cədvəli tərəfdaşımız olan SOCAR-la müzakirə edilir”, - şirkətdən bildirilib.

Qeyd edə ki, bu ilin martın 19-da SOCAR və “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər. “Qarabağ” yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb. SOCAR-ın CDC qazma şirkəti bu quyunu suyun 180 metr dərinliyində “Dədə Qorqud” üzən qazma qurğusu ilə qazılıb. Yatağın məhsuldar layları 3,4 km dərinlikdə yerləşir. İlkin qənaətə görə, yataqda kəşf edilmiş neft və qaz həcmləri onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir.

Xatırladaq ki, “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 km aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.

“Caspian International Petroleum Company” (CIPCO) tərəfindən idarə edilən konsorsium 1995-ci ildə imzalanmış “Qarabağ hasilatın pay bölgüsü sazişi”nə əsasən 3 kəşfiyyat quyusu qazmışdır. Quyuların ikisi strukturun cənub-şərq hissəsində layların qazla doyumlu olduğunu təsdiqləmiş, bir quyu isə strukturun qərb hissəsində layların neft və qazla doyumlu olduğunu aşkar etmişdir. Saziş 1999-cu ildə iqtisadi baxımdan səmərəli olmayan layihə kimi ləğv edilib.

2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalayıblar. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.

SOCAR və “Statoil” (“Equinor”) 1994-cü ildən bir sıra mühüm layihələrdə, o cümlədən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq edirlər.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date