Gələn il AÇG-də seysmik tədqiqatlar aparılacaq

Gələn il AÇG-də seysmik tədqiqatlar aparılacaq
  • Clock-gray 12:50
  • calendar-gray 27 Dekabr 2019

Gələn ilin yazında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda seysmik tədqiqatlarına başlanılacaq (4-ölçülü/4-komponentli).

Bunu "APA-Economics"ə Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbə deyib.

Onun sözlərinə görə, seysmik tədqiqatlar zamanı OBM (Ocean Bottom Nodes, dəniz dibində seysmik qəbuledicilərin quraşdırılması vasitəsi ilə) texnologiyasından istifadə ediləcək.

“Gələn ilin aprelin axırında AÇG-də işlərə start veriləcək. İşlər oktyabrın axırına kimi davam edəcək”, - deyə mənbə qeyd etdi.

Tədqiqat işləri “Gilavar” geofizik gəmisi vasitəsi ilə “Caspian Geophysical” şirkəti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, AÇG-nin payında Azərbaycandan hasil edilən böyük bir hissəsi düşür. Gözlənilir ki, yaxın vaxtlarda blokda ümumi neft hasilatının 500 mln. tona çatacağ.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, "Chevron" – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date