Gürcüstan yanvarda elektrik enerjisi və qaz idxalını 20%-dən çox artırıb

Gürcüstan yanvarda elektrik enerjisi və qaz idxalını 20%-dən çox artırıb
  • Clock-gray 12:14
  • calendar-gray 19 Fevral 2020

Bu ilin yanvar ayında Gürcüstanın neft və neft yağları idxalı əvvəlki ilin hesabat dövrü ilə müqayisədə 11,9% artaraq  51 597,3 min ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Hesabat dövründə neft və neft məhsulları idxalının ümumi idxalda payı 8,3% təşkil edib.

Hesabat dövründə Gürcüstanın neft qazlarının idxalı isə 2019-cu ilin yanvarı ilə müqayisədə 25,5% artaraq 56 761,8 min dollar təşkil edib. Bu kateqoriya üzrə məhsul idxalı ümumi idxalın 9,2%-ni təşkil edib.

Yanvar ayında Gürcüstanın elektrik enerjisi idxalı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6% artaraq 10 868,1 min dollara bərabər olub.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date