IEA: Pandemiyadan sonra neft istehlakçılarının davranışı dəyişəcək

IEA: Pandemiyadan sonra neft istehlakçılarının davranışı dəyişəcək
  • Clock-gray 17:24
  • calendar-gray 09 Aprel 2020

 

Yeni növ koronavirus (COVID-19) pandemiyası başa çatdıqdan sonra neft istehlak edən ölkələrin davranışı dəyişəcək.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birola deyib.

"Koronavirus pandemiyasından sonra neft istehlakçılarının davranışlarında ciddi dəyişikliklər müşahidə edəcəyik", - deyə F. Birol qeyd edib.

Onun sözlərinə görə, pandemiyadan sonra dövlətlərin öz ehtiyatlarını artırmaq və enerji daşıyıcılarına olan tələbin səviyyəsini saxlamaq üçün neft alacaqlarını eşidəcəyik (şahidi olacağıq – red.).

 

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date