IEA neftə olan gündəlik tələbat üzrə proqnozunu yaxşılaşdırıb

IEA neftə olan gündəlik tələbat üzrə proqnozunu yaxşılaşdırıb
  • Clock-gray 13:17
  • calendar-gray 10 İyul 2020

Koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildə neftə olan gündəlik tələbatın azalması 7,9 mln. barel səviyyəsində ola bilər.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.

Məlumata əsasən, proqnoz iyun ayında verilən qiymətləndirmə ilə müqayisədə 200 min barel yaxşılaşdırılıb.

Dünya bazarlarında karantin tədbirləri səbəbindən gündəlik neft istehlakının 11 mln. barelə yaxın azaldığı dövr ilin birinci yarısında qalıb. IEA-nın gözləntilərinə görə, ilin ikinci yarısında bu göstərici 5,1 mln. barel olacaq.

"Təxmini hesablamalarımıza görə, bu il dünya üzrə gündəlik neft tələbatı 92,1 mln. barel təşkil edəcək ki, bu da 2019-cu ilin səviyyəsindən 7,9 mln. barel azdır", - hesabatda qeyd edilir.

Proqnoza görə, gələn il tələbat 97,4 mln. barelədək yüksələ bilər ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 2,6 mln. barel azdır.

Emil İsmayılov

Digər xəbərlər