IEA qlobal neft emalı üzrə proqnozunu azaldıb

IEA qlobal neft emalı üzrə proqnozunu azaldıb
  • Clock-gray 16:23
  • calendar-gray 10 İyul 2020

Beynəlxalq Enerji Agentliyi (IEA) 2020-2021-ci illər üçün dünyada neft emalı üzrə proqnozunu endirib.

"APA-Economics" IEA-in iyul ayı üzrə hesabatına istinadən verdiyi məlumata görə, bu il gündəlik qlobal neft emalı 6,4 mln. barel azalaraq 75,1 mln. barel təşkil edəcək.

Qeyd edək ki, agentlik tərəfindən iyun ayında verilə proqnoza görə, bu göstəricilər müvafiq olaraq 5,4 mln. barel və 76,5 mln. barel təşkil edirdi.

Bununla yanaşı, IEA gələn il gündəlik neft emalının 4,7 mln. barel artımını proqnozlaşdırır (öncəki proqnoza görə artım 5,3 mln. barel səviyyəsində gözlənilirdi).

Emil İsmayılov

Digər xəbərlər