İranla Azərbaycan birgə sənaye şəhərciyi yaradacaq

İranla Azərbaycan birgə sənaye şəhərciyi yaradacaq
  • Clock-gray 12:47
  • calendar-gray 27 Dekabr 2019

İran-Azərbaycan sərhədində yerləşən Parsabad bölgəsində müştərək sənaye şəhərciyi yaradılacaq.

APA-ın Tehran bürosunun İRNA-ya istinadən verdiyi məlumata görə, bu məsələ İranın Ərdəbil əyalətinin başçısı Əkbər Behnamcunun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə görüşündə müzakirə edilib.

Sənaye şəhərciyin yaradılması üçün iki ölkə tərəfindən xüsusi İşçi qrup yaradılıb.

İşçi qrup xüsusi olaraq bu məsələni araşdıracaq və ən qısa zamanda müştərək sənaye şəhərciyinin yaradılması üçün işlərə başlanılacaq.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date