İsveçrə şirkəti "Şimal axını-2" kəmərinin tikintisini bərpa etməyəcək

İsveçrə şirkəti "Şimal axını-2" kəmərinin tikintisini bərpa etməyəcək
  • Clock-gray 15:42
  • calendar-gray 30 Dekabr 2019

İsveçrənin “Allseas” şirkəti “Şimal axını-2” qaz kəmərinin tikintisini bərpa etməyə planlaşdırmır.

APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya mətbuatı “Allseas” şirkətinə istinadən xəbər verir.

Məlumata əsasən, bu ilin dekabrın 20-də ABŞ Prezidenti Donald Trump “Şimal axını-2” və “Türk axını” boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb.

ABŞ podratçı şirkətlərdən tikinti işlərini dərhal dayandırmasını tələb edib. “Şimal axını-2” tikintisi aparan “Allseas” tələbi yerinə yetirib.

Eyni zamanda, “Allseas” şirkətinin sözçüsü Yens Müller qeyd edib ki, 2 460 km uzunluğunda olacaq qaz kəmərinin cəmi 160 km-ə yaxın hissəsinin tikintisi hələ başa çatmayıb.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date