İyulda 15 tikinti obyektinin xarici elektrik qurğularına istismara buraxılış aktı verilib

İyulda 15 tikinti obyektinin xarici elektrik qurğularına istismara buraxılış aktı verilib
  • Clock-gray 13:09
  • calendar-gray 10 Avqust 2020

Bu ilin iyul ayı ərzində elektrik enerjisi təchizatı sahəsində yeni, yaxud yenidən qurulan, həmçinin, enerji təchizat sxemini dəyişən 15 tikinti obyektinin xarici elektrik qurğularına istismara buraxılış aktı verilib. Enerji Məsələlərini Tənzimləmə Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda, müxtəlif tikinti obyektinin elektrik enerjisi ilə təmin edilməsinə dair 23 elektrik qurğusunun layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, aşkar olunan çatışmazlıq səbəbindən 6 layihə sənədinin razılaşdırılmasından imtina olunub.

Təbii qaz istehlakçılarının təqdim etdikləri 3 razılaşdırılmış layihəyə uyğun olaraq tikintisi başa çatdırılıb sənaye qaz qurğularının istismarına icazə verilib. 196 tikinti obyektinin qaz təchizatı üçün hazırlanmış layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb.

Agentlik tərəfindən aparılan araşdırmalar nəticəsində hesabat dövrü ərzində ümumilikdə 2 qaz qurğusunun “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulmaqla texniki sənədləşdirmə aparılmadan qazpaylayıcı şəbəkələrə qoşulduğu aşkar edilib, bununla bağlı qazpaylayıcı subyektlərə müvafiq göstərişlər verilib.

İnzibatı Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin filialları tərəfindən ay ərzində ümumilikdə 37 inzibati xəta haqqında protokol tərtib edilib. Həmçinin, iyul ayında  “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 8 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğacların kompüterlə oxunması həyata keçirilib.

Hüseyn Vəliyev

Digər xəbərlər