KİV: Azərbaycan Energetika Nazirliyinin məlumatından sonra "Brent" nefti bahalaşıb

KİV: Azərbaycan Energetika Nazirliyinin məlumatından sonra "Brent" nefti bahalaşıb
  • Clock-gray 11:42
  • calendar-gray 03 Aprel 2020

"Brent" markalı neft cümə günü Azərbaycanın Energetika Nazirliyinin OPEC (Neft İxrac edən Ölkələr Təşkilatı) və qeyri-OPEC ölkələrinin qiymətlərin sabitləşdirilməsi ilə bağlı iclasının aprelin 6-na təyin olunduğu barədə verdiyi xəbərlərdən sonra bahalaşıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə RİA "Novosti" agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, OPEC (Neft İxrac edən Ölkələr Təşkilatı) və qeyri-OPEC ölkələrinin qiymətlərin sabitləşdirilməsi ilə bağlı iclasının aprelin 6-na təyin olunduğu barədə Azərbaycan Energetika Nazirliyinin yaydığı açıqlamadan sonra "Brent" markalı neftin bir barel üçün iyun fyuçerslərinin qiyməti 2,24% artaraq 30,61 dollar təşkil edib, WTI markalı neftin bir barel üçün may fyuçersləri isə 1,7% azalaraq 24,89 dollar olub.

Qeyd edək ki, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb.

Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur. Görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date