KİV: "OPEC+" çərçivəsində danışıqlar gələn həftə keçirilə bilər

KİV: "OPEC+" çərçivəsində danışıqlar gələn həftə keçirilə bilər
  • Clock-gray 10:06
  • calendar-gray 03 Aprel 2020

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Səudiyyə Ərəbistanının təşəbbüsü ilə "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində danışıqlara hazırlıq prosesini işə salıb.

"APA-Economics"in "TASS-a istinadən verdiyi məlumata görə, bu barədə hazırlıq prosesində iştirak edən mənbə bildirib.

"Görüş gələn həftə baş tuta bilər. Bu məsələ ilə əlaqədar ölkələrlə danışıqlara başlamışıq", - deyə mənbə qeyd edib. Mənbə danışıqların hansı formatda təşkil olunacağını açıqlamayıb.

Xatırladaq ki, martın 6-da "OPEC+" ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər bir razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date