KİV: "OPEC+" çərçivəsində mövcud kvotanın saxlanılmasına dair razılıq əldə edilib

KİV: "OPEC+" çərçivəsində mövcud kvotanın saxlanılmasına dair razılıq əldə edilib
  • Clock-gray 16:23
  • calendar-gray 03 İyun 2020

Rusiya və Səudiyyə Ərəbistanı "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) razılaşması çərçivəsində neft hasilatı üzrə mövcud azaltma səviyyəsinin (gündəlik 9,7 mln. barel) ən azı bir ay (iyul ayı – red.) uzadılmasına dair razılıq əldə edib.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS danışıqlarda iştirak edən mənbəsinə istinadən xəbər verir.

"Hasilatın ən azı bir ay uzatmaq lazım olduğu barədə razılıq əldə edilib. Sonrakı addımlara situasiyadan asılı olaraq baxılacaq", - deyə mənbə qeyd edib.

Bu məlumatı rəsmi olaraq iki ölkənin Enerji nazirlikləri şərh etməyib. 

Mənbə onu da əlavə edib ki, Rusiya və Səudiyyə Ərəbistanının Enerji nazirləri daim təmasdadır və "qarşılıqlı anlaşma şəraitində" işləyir.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

Emil İsmayılov

Digər xəbərlər