Konsorsium: TAP-ın yerüstü hissəsinin inşası, demək olar, başa çatıb

Konsorsium: TAP-ın yerüstü hissəsinin inşası, demək olar, başa çatıb
  • Clock-gray 11:05
  • calendar-gray 29 Fevral 2020

Trans-Adriatik qaz kəməri (TAP) layihəsi çərçivəsində İtaliya ərazisində qəbuledici terminalın tikintisi 80% başa çatıb.

"APA-Economics"in TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, TAP-ın tikintisi çərçivəsində yerüstü tikinti işləri, demək olar, bitib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ilin axırına kimi çatdırılacağı nəzərdə tutulur. TAP-ın inşasına başlanılandan bəri işlərin 92%-i yekunlaşıb.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date