"Lukoil" "OPEC+" razılaşması çərçivəsində neft hasilatını azaldıb

"Lukoil" "OPEC+" razılaşması çərçivəsində neft hasilatını azaldıb
  • Clock-gray 16:34
  • calendar-gray 03 İyun 2020

Rusiyanın "Lukoil" şirkəti may ayında "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs)  razılaşması çərçivəsində ölkədə gündəlik neft hasilatını 310 min barel azaldıb.

Bu barədə "APA-Economics" "Lukoil"a istinadən xəbər verir.

Məlumata əsasən, bəzi beynəlxalq layihələr çərçivəsində də neft hasilatı azaldılıb. Həmçinin, şirkət İraqdakı "Qərbi Kurna-2" layihəsi çərçivəsində gündəlik hasilatı 70 min barel azaldıb.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

Emil İsmayılov

Digər xəbərlər