Novak: "Neft sənayesinə sərmayələr bu il 1/3 azalacaq"

Novak: "Neft sənayesinə sərmayələr bu il 1/3 azalacaq"
  • Clock-gray 14:58
  • calendar-gray 02 İyul 2020

Yeni növ koronavirus pandemiyası fonunda neftə olan tələbatın azalması nəticəsində bu il neft sənayesinə qlobal sərmayələr 1/3 azalacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya Energetika naziri Aleksandr Novak Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, koronavirusun pandemiyası nəticəsində dünya iqtisadiyyatı şokla üzləşib. Müxtəlif qiymətləndirmələrə görə, bu il qlobal ÜDM 5-6% azalacağı proqnozlaşdırılır. Dünyada neftə olan tələbat da kəskin azalıb.

"Aprel ayında tələbatın 25-28% (gündəlik təqribən 28 mln. barel – red.) azalmasını gördük. Əlbəttə, bu, yanacaq-energetika kompleksinə qoyulan investisiyalara ciddi təsir edib. İnvestisiyalar, fikrimcə, təxminən 1/3 azalıb ", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, qlobal tələbatın azalması neft ehtiyatlarının artmasına səbəb oldu və nazirin qiymətləndirmələrinə əsasən, bu dövr üçün ehtiyatların artımı təqribən 1 mlrd. barel təşkil edir.

Emil İsmayılov

Digər xəbərlər