"OPEC+" çərçivəsində mövcud kvota payızadək uzadıla bilər

"OPEC+" çərçivəsində mövcud kvota payızadək uzadıla bilər
  • Clock-gray 11:35
  • calendar-gray 02 İyun 2020

"OPEC+" razılaşması çərçivəsində neft hasilatı üzrə mövcud azaltma səviyyəsi (gündəlik 9,7 mln. barel) sentyabrın 1-dək uzadıla bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə "The Wall Street" jurnalı mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, ölkələr istehsalın azaldılması üçün mövcud kvotanın sentyabr ayının əvvəlinə qədər saxlanılması barədə "razılığa yaxındır". Bundan əlavə, tərəflər iyunun 9-10-na planlaşdırılan "OPEC+" ölkələri nazirlərinin onlayn konfransın iyunun 4-ü keçirilməsi barədə razılaşıblar.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı "OPEC+" razılaşması çərçivəsində gündəlik neft hasilatının 9,7 mln. barel azaldılmasının bu ilin sonunadək uzadılmasının tərəfdaşıdır. Rusiyanı isə sövdələşmə hazırkı formada qane edir. Hazırda tərəflər sentyabrın 1-dək mövcud kvotanın saxlanılmasını nəzərdə tutan "kompromis" barədə müzakirə aparırlar.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

Emil İsmayılov

Digər xəbərlər