Nazirlik: OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək - YENİLƏNİB

Nazirlik: OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək - YENİLƏNİB
  • Clock-gray 19:02
  • calendar-gray 04 Aprel 2020

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək.

"APA-Economics"in Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirlərin görüşü videokonfrans formatında baş tutacaq.

Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 6-da videokonfrans formatında keçiriləcəkdi.

***

saat 13:32

“OPEC+” (OPEC - Neft İxrac edən Ölkələr Təşkilatının, və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin danışıqları aprelin 6-dan 9-na keçirilə bilər, yekun tarix hələlik dəqiqləşməyib.

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bunu nümayəndə heyətlərindəki iki mənbə deyib.

Mənbələrdən biri bildirib ki, ola bilsin danışıqlar gələn həftənin cümə axşamı (aprelin 9-u) keçirildi, lakin bu, hələ dəqiq deyil.

Digəri mənbə isə təsdiq edib ki, aprelin 6-sı artıq yekun tarix deyil. Başqa vaxta keçirilmənin mümkünlüyünün səbəbləri səsləndirilməyib, lakin məlumdur ki, OPEC ölkələri ABŞ-dan savayı mümkün qədər daha çox ölkəni məsləhətləşmələrə cəlb etməyin üzərində çalışırlar.

Xatırladaq ki, martın 6-da "OPEC+" ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər bir razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır.

Buna baxmayaraq, Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Emil İsmayılov

Digər xəbərlər