Ötən il Sumqayıtın sənaye müəssisələrində 1,9 milyard manatlıq məhsul istehsal edilib

Ötən il Sumqayıtın sənaye müəssisələrində 1,9 milyard manatlıq məhsul istehsal edilib
  • Clock-gray 10:02
  • calendar-gray 19 Fevral 2020

Ötən il Sumqayıtda sənaye müəssisələrində 1 milyard 885 milyon manatlıq məhsul istehsal edilib. Bu da 2018-ci illə müqayisədə 20 faiz çoxdur. 

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabatında bildirilib.

Qeyd olunub ki, ölkənin kimya sənayesinin aparıcı müəssisələrindən olan “Azərikimya” İB-nin perspektiv inkişaf planına uyğun olaraq dəyəri 1 milyard manat təşkil edən yenidənqurma və modernizasiya layihəsi üzrə işlər davam etdirilib. 

Vurğulanıb ki, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rola malik “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də yerli və xarici investorların marağı getdikcə artır. Hazırda Parkda investisiyalarının həcmi 3 milyard dollar olan 21 rezident qeydiyyata alınıb. 16 müəssisə istehsal fəaliyyəti ilə məşğuldur. İstehsalat və tikinti-quraşdırma işlərində əksəriyyəti Sumqayıt şəhərinin və ətraf ərazilərin sakinləri olan 5 mindən çox işçi çalışır. Təkcə ötən il parka 807 milyon 500 min manat investisiya yatırılıb. 

Almaniya texnologiyası əsasında ildə 8 milyon kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı və “Azərxalça” ASC-nin ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal olunacaq Yun Əyirici-Boyaq fabrikinin tikintisi davam etdirilir.

 

Ramil Zeynallı

Digər xəbərlər

Arxiv

date