Qazaxıstan neft hasilatını 4 mln. ton azaldacaq

Qazaxıstan neft hasilatını 4 mln. ton azaldacaq
  • Clock-gray 10:11
  • calendar-gray 02 Aprel 2020

Qazaxıstan 2020-ci ildə ölkədə neft hasilatının 90 mln. tondan 86 mln. tonadək azalacağını proqnozlaşdırır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın Milli İqtisadiyyat naziri Ruslan Dalenov bildirib.

"Aşağı qiymətlər fonunda neft hasilatı üzrə proqnoz 4 mln. ton azalaraq 86 mln. tona endirilib", - deyə R. Dalenov qeyd edib.

Emil İsmayılov

Digər xəbərlər