"Qazprom" Çinə "Sibirin Gücü" kəməri ilə qazın nəqlini bərpa edib

"Qazprom" Çinə "Sibirin Gücü" kəməri ilə qazın nəqlini bərpa edib
  • Clock-gray 12:12
  • calendar-gray 01 Aprel 2020

Rusiyanın "Qazprom" şirkəti planlaşdırılmış profilaktik işlərindən sonra "Sibirin Gücü" ("Sila Sibiri") qaz kəməri vasitəsi ilə Çinə qazın ixracını bərpa edib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qaz kəmərində profilaktik işlərə bu ilin martın 16-dan başlanılıb. Qeyd edək ki, tərəflər ildə iki dəfə (yaz və payızda) qaz kəmərində avadanlıqlara və sistemlərə planlı texniki xidmət göstərilməsi barədə razılığa gəlib.

"Qazprom" və Çinin CNPC şirkəti 2014-cü ilin mayında şərq marşrutu ilə Çinə qaz tədarükü haqqında müqavilə imzalayıb. Müqavilə 30 illik müddətə bağlanılıb və ildə 38 mlrd. kubmetr Rusiya qazının Çinə tədarükü nəzərdə tutulur.

Emil İsmayılov

Digər xəbərlər