"Qazprom" Türkiyənin Rusiya qazının alışını artıracağına ümid edir

"Qazprom" Türkiyənin Rusiya qazının alışını artıracağına ümid edir
  • Clock-gray 15:26
  • calendar-gray 29 Sentyabr 2020

Rusiyanın "Qazprom eksport" şirkəti Türkiyənin Rusiya qazının alışında artım gözləyir, lakin ilin ilk yarısında qeydə alınan mənfi dinamika, çox güman ki, kompensasiya olunmayacaq.

"APA-Ecocomics"in Rusiya mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "Qazprom eksport"un Müqavilələrin strukturlaşdırılması və qiymət siyasəti idarəsinin rəisi Sergey Komlev bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfi aldığı qazın həcmini dünya bazarında qiymətlərin enməsi səbəbindən artıra bilər.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyindən yüksək vəzifəli nümayəndəsi Türkiyə tərəfinin qaz tədarükçülərinin uzunmüddətli müqavilələrini yeniləmələri üçün daha rəqabətli qiymətlər və elastiklik təklif etmələrini gözlədiyini bildirib.

O qeyd edib ki, müqavilələrin toplamı həcm ifadəsində illik 16 mldr. kubmetr təşkil edir. ABŞ-ın ucuz maye qazı ilə başlayan rəqabət və Türkiyənin Qara dənizdə öz qaz istehsalına başlamaq potensialı bazarda dinamikanı dəyişib.

Xatırladaq ki, son illər ərzində Türkiyə Rusiyadan qazı alışını azaldıb. Belə ki, 2019-cu ildə Türkiyə Rusiyadan 15,5 mlrd. kubmetr "mavi yanacaq" alıb, bu da əvvəlki illə müqayisədə 35% azdır. Cari ilin ilk yarısında isə bu göstərici 4,733 mlrd. kubmetrə (-70%) bərabər olub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər