“Qazprom” Türkiyəyə qaz ixracını kəskin azaldıb

“Qazprom” Türkiyəyə qaz ixracını kəskin azaldıb
  • Clock-gray 13:57
  • calendar-gray 14 Fevral 2020

Ötən il Rusiyanın "Qazprom" şirkəti Türkiyəyə 15,51 mlr. kubmetr qaz ixrac edib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 35% azdır.

APA-Economics”in məlumatına görə, bu barədə Rusiya mətbuatı “Qazprom”a istinadən xəbər verir.

Məlumata əsasən, ümumilikdə, “Qazprom”un Qərbi Avropaya qaz ixracı 9% azalaraq 147.44 mlrd. kubmetr təşkil edib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan da qaz idxal edir. Belə ki, in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatına görə, ötən ilin yanvar-noyabrında ayları ərzində Türkiyə Azərbaycandan 8,65 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da ötən 2018-ci ilin eyni dövrü ilə müqayisədə 28,3% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur (Rusiyadan sonra).

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date