"Qazprom" qaz hasilatını 15% azaldıb

"Qazprom" qaz hasilatını 15% azaldıb
  • Clock-gray 11:02
  • calendar-gray 02 İyul 2020

Bu ilin birinci yarısında Rusiyanın "Qazprom" şirkəti 221 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 14,6% və ya  37,7 mlrd. kubmetr azdır.

Bu barədə "APA-Economics" "Interfax"a istinadən xəbər verir.

Məlumata əsasən, cari ilin iyun ayında şirkət 30 mlrd. kubmetrə yaxın qaz hasil edib ki, bu da 2019-cu ilin iyun göstəricisindən 18% azdır.

Emil İsmayılov

Digər xəbərlər