Ruslan Əliyev: "Havaların soyuması ilə əlaqədar qazın təzyiqinin aşağı düşməsi problemi yaxınlarda həllini tapacaq"

Ruslan Əliyev: "Havaların soyuması ilə əlaqədar qazın təzyiqinin aşağı düşməsi problemi yaxınlarda həllini tapacaq"
  • Clock-gray 12:21
  • calendar-gray 29 Dekabr 2019

"Azərbaycanda havaların soyuması ilə əlaqədar müəyyən ərazilərdə qazın təzyiqinin aşağı düşməsi problemi yaxın gələcəkdə həllini tapacaq".

"APA-Economics"in məlumatına görə bunu jurnalistlərə açıqlamasında İB-nin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, buna əsas səbəb yaşayış ərazilərinə yaxın yerləşən qeyri-əhali sektorunun olmasıdır.

"Bu günə qaz şəbəkəsində 20 minə yaxın qaz tənzimləyiciləri mövcuddur. Bu tənzimləyicilər müəyyən rejimlərə köklənib. Ancaq hansı ərazilərdə ki, qazın təzyiqinin enməsi müşahidə olunursa, həmin ərazilərdə qeyri-əhali sektorunun olmasıdır. Məsələn, çörək sexləri, istixanalar və s. Hava soyuyanda onların sərfiyyatı əhəmiyyətli dərəcədə artır. Bu isə birbaşa vətəndaşa öz təsirini göstərir. Belə hallar Sabunçu, Xəzər rayonlarında, Abşeronun bəzi yerlərində müşahidə olunur", - deyə R. Əliyev qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date